• İNFORMATİKA LAYİHƏ OLİMPİADASI
    İDEYALAR
    gerçəkliyə çevrilsin.
    ilo.az
    -la
    elan edin :)

Yarışmada iştirak etmək üçün ilo.az-da qeydiyyatdan keçin.

Kateqoriyalar

Bu İl IX-su keçİrİləcək olan İnformatika Layİhə Olİmpİadası orta məktəb şagİrdlərİnİn İKT sahəsİndə bİlİk və bacarıqlarının İnkİşafına yönəldİlmİş layihə yarışıdır. Məqsədİmİz orta məktəb şagİrdlərİnİn bu sahədə xəyal güclərİnİ və maraqlarını artırmaq, nəzərİ bİlİklərİnin bacarıqları İlə nümayİş etdİrİlməsİnİ təmİn edərək təcrübə qazanmalarına təkan vermək və İnkİşaf etməkdə olan Azərbaycanın gələcəyİ üçün İKT sahəsİ üzrə güclü mütəxəssİslərİn yetİşməsİnə İmkan yaratmaqdır.

Azərbaycanın intellektual kreativ optimist bacarıqlı gənclərinin bir araya gələcəyi yarışa sən də qatıl !


Qaydalar

1

Yarışda yalnız orta məktəb şagirdləri iştirak edə bilər.

2

Yarışda yalnız 1 May 2016-cı il tarixə qədər online qeydiyyatdan keçənlər iştirak edə bilər.Qeydiyyatdan keçdikdən sonra əsas menyudan HESABIM bölməsinə girərək, tələb olunan bütün məlumatların doldurulması lazımdır. PROFİLİM bölməsi qeydiyyat tarixi bitənə qədər aktiv olacaq və istənilən dəyişikliyi edə biləcəksiniz.

3

Yarışda tək və ya qrup şəklində (2 nəfərdən artıq olmamaq şərtilə) iştirak edə bilərsiniz.Qısa filmdə də belə olacak.

4

İstər tək, istərsə də qrup şəklində hazırlanan və qalib gələn layihəyə bir mükafat və bir medal veriləcək.

5

Qrupda iştirak edəcək şagirdlər eyni kateqoriyadan olmaq şərtilə fərqli məktəblərdən ola bilərlər.

6

Layihələr yalnız qatılan şəxsin ( və ya şəxslərin) iştirakı ilə hazırlanmış olmalıdır.

7

Layihələrdə qanunlara zidd, siyasi mövzulara, həddən artıq şiddətə, ədəbsiz, 18+ mövzulara, tənqidə, təhqirə, hər hansı bir şəxsiyyətin alçaldılmasına yer verilməməlidir.

8

Bütün kateqoriyalardan istənilən mövzuda layihə hazırlaya bilərsiniz.

9

Animasiya və Qısa Film 5 dəqiqə dən çox olmamalıdır. (Əvvəlki illərdə 10 dəqiqə olması sizi çaşdırmasın!)

10

Finala seçilən layihələr 15 May 2016-ci il tarixində yarışın internet səhifəsində elan olunacaq. Finala qalan iştirakçılar finalçılar elan edildikdən sonra www.ilo.az-da veriləcək ölçüdə poster hazırlamalı və çap etdirməlidirlər.

11

Layihələr www.ilo.az-da hər kateqoriya haqqında məlumatların verildiyi səhifədə göstərilən kriteriyalar üzrə qiymətləndiriləcək. Layihə qiymətləndirilərkən stendin dizaynı da hesablanır. Ona görə də stendinizi bəzəyərək yoxlayanların zövqünü oxşamaq sizə qalır.

12

Finala seçilən layihələr saytda elan olunacaq tarixdə finalın keçiriləcəyi məntəqəyə gəlməlidir. Təqdimat lövhəsində yarışı ziyarət edən insanların layihəniz haqqında məlumata sahib ola biləcəyi məlumatları əks etdirməlisiniz

13

Layihəsi finala qalan şagirdlər
a) layihənin özü + iştirakçıların şəkilləri DVD-yə yüklənmiş halda
b) layihəyə aid bütün faylların və layihəni hazırladığı proqramların yüklənmiş olduğu kompyuteri
d) çap olunmuş posteri ( + posteri yapışdırmaq üçün ləvazimatlar)  gətirməlidirlər.

14

Yarış haqqında məlumatları və xəbərləri facebook.com/informatika.layihe.olimpiadasi və www.ilo.az səhifəsindən təqib edə bilərsiniz.

Sponsorlar üçün təqdim olunacaq imkanlar

1

www.ilo.az rəsmi veb səhifəsndə bir il ərzində sponsorun adı, loqosu, qısa informasiya və isətnilən keçidin(link) olması.

2

İLO ilə əlaqəli bütün fəaliyyətlərdə sponsorların adları işıqlandırılacaq.

3

Mətbuat bildirişlərində və tədbirin işıqlandırılmasında sponsorların adları elan olunacaq.

4

Qaliblərə və iştirakçılara verilən sertifikatlarda sponsorların loqoları yerləşdiriləcək.

5

Münsiflərə və Sponsorlara verilən plaketlərdə sponsorların loqoları yerləşdiriləcək.

6

Mükafatlandırma mərasimində sponsorların 5 dəqiqəlik reklam filmləri nümayiş etdiriləcək.

Bizimlə əlaqə

Bizə yazın

Bizimlə əlaqə

Əgər hərhansı sualınızı vəya bir probleminiz olsa zəhmət olmasa aşağıdaki əlaqə vasitələrini istifadə edərək bizimlə əlaqə saxlayın.


Baş ofis

  • Ünvan: Nərimanov rayonu, Fətəli Xan Xoyski 109, İstək Liseyi, Bakı/Azərbaycan
  • Telefon: (+994) 12 4658410
  • Email: info@ilo.az